Mətbəx mebeli neçəyə başa gəlir?
Mətbəxin qiyməti üç əsas parametrdən asılıdır: ölçü (xətti metr), fasad materialı (akril, laminat, şpon, emal boya) və dəzgah növü (kvars, qranit, akril). Saytımızda onlayn kalkulyator ilə bir neçə addımda təxmini qiyməti dərhal öyrənə bilərsiniz.
Ölçü götürmə və konsultasiya pulsuzdur?
Bəli, tam pulsuzdur. Peşəkar dizayner ünvanınıza gəlir, məkanı millimetrik dəqiqliklə ölçür və 3D layihə hazırlayır. Yalnız sifariş qərarı verdikdə müqavilə imzalanır.
Sifarişdən sonra mətbəx neçə günə hazır olur?
Qapaqları düz kəsim olan mətbəx mebelləri üçün ortalama 25-30 iş günü. Müddət əsasən seçilən dizayna görə təyin olunur — daha mürəkkəb dizaynlarda (frezeli, radiuslu qapaqlar və s.) müddət uzana bilər. Bu müddətə layihə təsdiqi, istehsal, dəzgah hazırlanması, çatdırma və quraşdırma daxildir. Dəqiq tarix müqavilədə göstərilir.
Hansı brendlərin mexanizmlərini istifadə edirsiniz?
Yalnız premium dünya brendləri: Blum (Avstriya), Hettich (Almaniya), Salice (İtaliya), Häfele (Almaniya). Materiallar üçün Egger, Kastamonu Entegre, AGT; örtüklər üçün Renner Italia.
Zəmanət nə qədərdir?
Korpus və fasadlara 5 il zəmanət. Mexanizmlərə isə istehsalçı zəmanəti — Blum, Hettich, Salice üçün 10 il-ə qədər. Bundan əlavə ömürlük texniki dəstək göstəririk.
Çatdırma və quraşdırma qiymətə daxildir?
Bəli, Bakı və Abşeron daxilində çatdırma və quraşdırma tam pulsuzdur. Digər regionlara çatdırma şərtləri sifariş zamanı aydınlaşdırılır.
Köhnə mətbəxi sökmək lazımdırsa nə olur?
Köhnə mətbəxin demontajı ayrıca xidmətdir və qiymətə daxil deyil. Lakin əlavə xidmət kimi sifariş edə bilərsiniz — komandamız hər şeyi düzgün sökür, daşıyır və yeni mətbəxi quraşdırır.
Hissə-hissə ödəniş mümkündürmü?
Bəli. Standart ödəniş sxemi: 50% sifariş zamanı, 50% quraşdırmadan əvvəl. Daha çevik şərtlər lazımdırsa, fərdi razılaşma mümkündür.
Showroom-da nələri görə bilərəm?
Bakı, Ceyhun Hacıbəyli 61A ünvanında showroom-umuzda real material nümunələri (akril, laminat, şpon, daş), mexanizm sistemləri (Blum, Hettich), hazır mətbəx kompleksləri və rəng kataloqlarını canlı görə bilərsiniz. İş saatları: Bz.e-Şn 10:00-19:00.
Standart komplektasiyada nələr daxildir?
Hər sifarişdə standart: 4 ədəd siyirmə (biri gizli qaşıqlıq bölməsi ilə), 2 karqo mexanizmi, idarə olunan zibil qabı, yuyulan altında nəm-keçirməz nej üzləmə, əllə dartılan qab quruducu tor. Detallar üçün kalkulyatora baxın.
Materialın seçimi haqqında məsləhət ala bilərəmmi?
Mütləq. Dizaynerlərimiz hər müştəri ilə fərdi işləyir — yaşam tərzi, evdə bişirilən yemək növü, ailə üzvlərinin sayı, otağın işıqlandırılması nəzərə alınır. Showroom-da real material nümunələri ilə birgə müqayisə edirik.
Mətbəxim çox kiçikdir, layihə mümkündürmü?
Bəli. Hətta 4-5 m²-lik mətbəxlər üçün də həll yolu tapırıq — vertikal saxlama sistemləri, künc həlləri, çoxfunksiyalı dəzgahlar. Hər santimetri maksimum istifadə edirik.
Cavabını tapmadınız?
Bizimlə birbaşa əlaqə saxlayın — peşəkar dizayner suallarınızı cavablandıracaq.